Qarışqalar cərrahlıq edirmiş...

Qarışqalar cərrahlıq edirmiş...

By Bildim
Published on Feb 25, 2026, 1:40 PM
1 min read170 views

Megaponera analis (Afrika “Matabele” qarışqası) və bəzi digər növlərdə yaralanan qarışqalara xüsusi yardım göstərilir.

Tədqiqatlar göstərib ki:

-          Yaralı qarışqalar koloniyaya daşınır

-          Digər qarışqalar yaraya qulluq edir

-          Bəzi hallarda isə zədələnmiş ayaq hissəsini kəsirlər

Bu davranış infeksiyanın yayılmasının qarşısını alır və sağ qalma faizini ciddi artırır.

Bu doğrudan “cərrahlıqdır”?

Bioloji baxımdan, zədənin qiymətləndirilməsi, yoluxmanın qarşısını alma, amputasiya, sağalma prosesinin artırılması - funksional olaraq cərrahi müdaxiləyə bənzəyir.