
Əla fürsət: Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turu üçün ödənişsiz sınaqlar
Sınaq imtahanları ödənişsiz və hər kəsin rahat qatıla bilməsi üçün onlayndır!
Ötən il 90 mindən çox şagirdin RFO-ya qatılması ölkəmizdə olimpiadalara marağın hədsiz böyük olduğunu göstərir. Olimpiadalar güclü bilik qazanma şansı və özünü sınamaq imkanı olmaqla yanaşı, həm də universitetləri imtahansız qazanmaq və xarici ölkələrdə təhsil almaq üşün fürsətlər deməkdir. Gətirdiyi sevinc və həyəcanı ilə əsl bilik bayramıdır.
Tezliklə Respublika Fənn Olimpiadalarının rayon (şəhər) turu keçiriləcək, bu tura daha hazırlıqlı, daha təcrübəli qatılmaq üçün Bildim İmtahan Mərkəzi olaraq bir neçə fənn üzrə ödənişsiz sınaqlar (praktik tur) təşkil etdik. Sınaqların onlayn olması onları hamı üçün əlçatan və uyğun edir.
Nəinki olimpiada iştirakçıları, istənilən şagird, gələcək yarışçılar da bu sınaqlarda iştirak edərək özünü yoxlaya bilər.
Bu sınaq imtahanları əvvəlki illərin real imtahan formatı, proqram və standartları əsasında yeni suallarla hazırlanmışdır ki, siz yarışma mühitini öncədən hiss edərək hazırlığınızı daha effektiv qura biləsiniz.
Sınaq imtahanlarına qatılmaq üçün sadəcə saytımızda hesab yaradın və imtahanlara pulsuz qeydiyyatdan keçin. Sınaqlar 10 yanvar 2026-ci il, saat 8:00-dan açıq olacaq. İstənilən saatda, istənilən yerdən daxil ola bilərsiniz.
Aşağıdakı sınaq imtahanlarına qatılmaq şansınız olacaq: