Bütün Tiplər Sınağı nədir?

Bütün Tiplər Sınağı nədir?

Bildim tərəfindən
3 yan 2026, 22:29 tarixində dərc edilib
350 baxış

Bildim İmtahan Mərkəzinə məxsus “Bütün Tiplər” metodu imtahana düşən və düşə biləcək bütün tapşırıq tiplərini öyrətmək və yoxlamaq məqsədi daşıyır.

Bu üsul imtahana heç bir boşluq buraxmadan hazırlaşmağa, daha yüksək nəticə əldə etməyə, eyni zamanda zəif şagirdlərin qısa müddətdə irəliləməsinə imkan yaradır. Şagirdlər az vaxt sərf etməklə, onlayn rejimdə, özlərinə uyğun gün və saatlarda biliklərini sınayır, öyrənir, təkrar edir və güclənirlər.

Bu sınaqlar sıx və intensiv rejimdə çalışan repetitorlar, kurslar və şagirdlər üçün hazırlıq prosesində etibarlı və effektiv dəstək rolunu oynayır. Sınaqlar əməkdar müəllim Ələddin Məmmədlinin rəhbərliyi ilə, təcrübəli müəllimlər tərəfindən imtahan çərçivəsi nəzərə alınmaqla hazırlanır.

Yaxın zamanda riyaziyyatın əksər bölmələri üzrə Bütün Tiplər Sınaqları platformamızda təqdim ediləcək.